Arama
Son Yazıları
1 - Varmış2 - İndi
3 - Adam
4 - Bu gün dərsə gəlməmisən
5 - Mənim
6 - İthaf
7 - Əzizxan
8 - Azərbaycan Xalq Cümhur...
9 - Etiraf
10 - Seyid Əbülqasim Nəbati...
Son Eklenen Şiirler
YAŞADIĞIMIZ DEPREM VE ...
SEVGİLİ KENDİM...
Sözler anlamsız manala...
Yok eski ben artık yor...
Uzak yakın gibi göründ...
Çöllerde kaybolmuş gib...
Bazen zamanla varırsın...
Beni sorarsan yaşıyorum
Susarsam
Ömür akıp gidiyor bekl...
Yaktı geçti yüreği
Şiirler » Etiraf
|
Bu şiir 2018-02-28 16:10 tarihinde günün şiiri seçilmiştir. |

Elnur Rəsuloğlu (Əliyev)
Məndən soruşma ki, nə istəyirəm,
Mənə lazım deyil boş-boş suallar.
Odur ki indidən sənə deyirəm:
Mənim həyatımda bir başqası var.
Mənim həyatımda bir başqası var,
Mən onu sevirəm dəlilər kimi.
Səni özü ilə aparan qatar
Tez unutduracaq sənsizliyimi.
Tez unutduracaq sənsizliyimi
Sənlə keçirtdiyim sənsiz günlərim.
Sən yaxşı bilirsən dəliliyimi,
Bəs necə olacaq mənsiz günlərin?
Bəs necə olacaq mənsiz günlərin?
Susursan… Cavabı yox bu sualın.
Mənim ürəyimdə özəldir yerin,
Bir vaxtlar dərdindən öldüyüm qadın!
ResulogluHenüz yorum yapılmamıştır.